Mob: +994 50 362 90 55

Haqqımda
Mən oftalmoloq Bela Xasiyeva. Sizi səhifədə görməkdən qürur duyuram! Ümid edirəm axtardığınız sualların cavabını ən qısa zamanda tapacaqsınız.
Mənə gəlincə, 13 ildən çoxdur göz həkimiyəm.
Bu illər ərzində minlərlə pasienti müayinə, bir çoxunu əməliyyat etdim.
Bu işin ən yaxşı tərəflərindən biri də odur ki, yeni insanlar tanıyır, fərqli hekayələr eşidirsən. Nə vaxtsa yenidən görəcəyinə inanan ümidli insanların həyəcanını, hansı hissləri keçirdiyini heç birimiz tam olaraq başa düşə bilmərik.
Amma barmağımız kəsiləndə, göz problemi yaşadıqda, yaxud nələrsə tərs gedəndə "kaş tez keçəydi, əvvəlki kimi olaydı" istəyinin yaşatdığı hiss hər birimizə tanışdır.
Mən buna görə hər zaman çalışıram ki, pasientlərimin "kaş tez keçəydi, əvvəlki kimi olaydı" istəklərinin həyata keçməyinə kömək edim. Hər kəsə ən vacib şeyi - sağlamlığı arzulayıram!
Haqqımda daha ətraflı məlumat oxumaq üçün aşağıdakı "Ardını Oxu" düyməsinə toxuna bilərsiniz.