Mob: +994 50 362 90 55
HAQQIMDA
_.jpg)
Bela
Xasiyeva
2006-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmişəm.
2006-2007-ci illərdə Milli Oftalmologiya Mərkəzində həkim-interna vəzifəsində çalışandan sonra bir müddət fərdi şəkildə araşdırmalar edib göz əməliyyatları ilə bağlı bir çox tibb müəssisəsində təcrübə toplamışam.
2010-2018-ci illərdə Bakı Elmi Tədqiqat Göz Xəstəlikləri Klinikasında həkim-oftalmoloq kimi çalışmışam.
Bu dönəmdə, yəni 2016-cı ildə həkimlik attestasiyasını keçmiş, həmçinin həmin ildə ölkədə təşkil olunan ən böyük "Birinci Göz Xəstəlikləri ve Cərrahiyəsi Simpoziumunda" iştirak etmişəm.
2018-ci ildə Refraktiv Cərrahiyədə Qərarvermə və Femtosaniyə Lazerin Tətbiqi üzrə simpoziuma qatılmışam.
2018-ci ildə Türkiyənin Gaziosmanpaşa Özəl Xəstəxanasında göz xəstəlikləri və əməliyyatları ilə bağlı xüsusi təcrübə keçmişəm.
Həmçinin hazırda Türkiyə Oftalmoloqlar Dərnəyinin üzvüyəm.
Mənim haqqımda bu qədər. Bəs sizin hekayəniz nədir?
Gözlə bağlı suallarınız üçün +994 50 362 90 55 nömrəsi ilə əlaqə saxlamağınız kifayətdir.
Sağlıqla qalın!