top of page

Gözləriniz Üçün Ən Düzgün Müayinə Proseduru

goz-muayinesi-bela-xasiyeva-göz-müayinəs
GÖZ MÜAYİNƏSİNƏ
50% ENDİRİM
İNDİ 
30 AZN
bela-xasiyeva-goz-hekimi-oftalmoloq (2).
GÖZ MÜAYİNƏSİNƏ
50% ENDİRİM

Göz Müayinəsi Nədir və Necə Aparılır?

Gözünüzdə bir xəstəlik olub olmadığından asılı olmayaraq, ildə ən azı bir dəfə göz müayinəsindən keçməniz məsləhətdir.

Uşaqlar böyüklərdən fərqli olaraq isə problem olmadığı halda 6 aydan bir, gözlərində problem olduğu halda daha tez göz müayinəsindən keçmələri məsləhətdir.

Valideyinləri tərəfindən bir şikayəti olmayan uşağın 3 yaşında ilk göz müayinəsi edilməsi lazımdır.

Müayinəmizdə ən son texnologiyalarla və peşəkar həkim tərəfindən ətraflı göz müayinəsi aparılır. 
Göz müayinəsi zamanı şəkər xəstəliyi, yüksək arterial təziq, revmatizm, bəzən beyin şişləri də diaqnostika olunub aşkarlana bilir.
 

Müayinəmiz ilk olaraq gözün qoruyucu aparatını təşkil edən göz qapaqlarının yoxlanışından başlayır. Qapaqların funksiyası və hərəkətini dəyərləndirərək bəzən sinir iltihabları və iflic ilə müşahidə olunan xəstəliklərin ilkin diaqnozu qoyula bilir.
 

Uzağa və yaxına görmə itiliyi təyin olunur, gözün təzyiqi avtomatik və şübhəli hallarda applasion üsulla yoxlanılır. Ehtiyac olduğu halda düzgün eynək korreksiyası təyin olunur.

Biomikroskop vasitəsi ilə gözün bütün şəffaf mühitləri yoxlanılır. Bəbək genəldikdən sonra isə gözün torlu qişası, sinir və damarları həm linza vasitəsi ilə, həm də rəqamsal kamera ilə dəqiq müayinə olunur.

 

Qaranlıq və pereferik görmənizdə problem olduğu halda isə kompyuter perimetriyası aparılır.
 

Müayinəmizdə eyni zamanda göz yaşı - burun kanalının və gözün quruluğu da xüsusi testlərlə müayinə edilir.

 

ƏLAQƏ

MESAJ YAZ

Email: drbela.xasiyeva@gmail.com

Mob: +994 50 362 90 55

Baku

İş saatları

Bazar ertəsi- Şənbə:
10:00  - 15:00 

Bazar: İşləmirik

Sosial Mediada İzləyin:

  • bela-xasiyeva-instagram-min
  • bela-xasiyeva-facebook-min
  • Twitter

Bizimlə əlaqəyə keçdiyiniz üçün təşəkkürlər!

© 2020, Bela Xasiyeva Oftalmoloq. Bütün hüquqları qorunur.

bottom of page