top of page
Mob: +994 50 362 90 55
SUAL-CAVAB
Burada ən çox verilən suallara cavablar tapacaqsınız. Sizin də sualınız varsa "Əlaqə" bölməsindən bizə ünvanlaya bilərsiniz. Təşəkkürlər!
Hörmətlə,
Oftalmoloq Bela Xasiyeva.
-
Göz Müayinəsi Neçə Müddətdən Bir Olmalıdır?Gözünüzdə bir xəstəlik olub olmadığından asılı olmayaraq, ildə ən azı bir dəfə göz müayinəsindən keçməniz məsləhətdir. Uşaqlar böyüklərdən fərqli olaraq isə problem olmadığı halda 6 ayda bir, gözlərində problem olduğu halda isə, daha tez göz müayinəsindən keçmələri məsləhətdir. Valideyinləri tərəfindən bir şikayəti olmayan uşağın 3 yaşında ilk göz müayinəsi edilməsi uyğundur. Müayinəmizdə ən son texnologiyalarla və peşəkar həkim tərəfindən ətraflı göz müayinəsi aparılır. Göz müayinəsi zamanı şəkər xəstəliyi, yüksək arterial təziq, revmatizm, bəzən beyin şişləri də diaqnostika olunub aşkarlana bilir. Müayinəmiz ilk olaraq gözün qoruyucu aparatını təşkil edən göz qapaqlarının yoxlanışından başlayır. Qapaqların funksiyası və hərəkətini dəyərləndirərək bəzən sinir iltihabları və iflic ilə müşahidə olunan xəstəliklərin ilkin diaqnozu qoyula bilir. Uzağa və yaxına görmə itiliyi təyin olunur, gözün təzyiqi avtomatik və şübhəli hallarda applasion üsulla yoxlanılır. Ehtiyac olduğu halda düzgün eynək korreksiyası təyin olunur. Biomikroskop vasitəsi ilə gözün bütün şəffaf mühitləri yoxlanılır. Bəbək genəldikdən sonra isə gözün torlu qişası, sinir və damarları həm linza vasitəsi ilə, həm də rəqamsal kamera ilə dəqiq müayinə olunur. Qaranlıq və pereferik görmənizdə problem olduğu halda isə kompyuter perimetriyası aparılır. Müayinəmizdə eyni zamanda göz yaşı - burun kanalının və gözün quruluğu da xüsusi testlərlə müayinə edilir.
-
Göz Müayinəsində Nələr Edilir?1 - Gözün refraktiv qüsurlarının aşkarlanması Göz nömrələrini ölçməyə yarayan avtorefraktometr cihazı ilə pasientin gözündə miopiya, hipermetropiya və astiqmatizmin var olub olmaması ölçülür və ən uyğun eynək nömrəsi təyin edilir. Bəzi hallarda, xüsusilə uşaq müayinələrində bu tip proseduru etmək üçün gözlərə damcılar tökürük və bir neçə dəqiqə gözlədikdən sonra avtorefraktometrlə ölçürük. Bu damcılar görmədə keçici olaraq bulanıqlıq yarada bilir. 2 - Biomikroskop Müayinəsi Biomikroskop olmadan göz müayinəsinin edilməsi mümkün deyil. Çünki göz hüceyrələrinin böyüdülmədən, adi gözlə müayinəsi fiziki olaraq alınmır. Xüsusi cihazların köməyi ilə göz qapaqları, konyuktivita, sklera, kornea, iris, bəbək və retina hissələrinin detalları müayinə olunur. 3 - Kompyuterlə Göz Təyziqinin Ölçülməsi Kompyuterli cihazlarla gözə təmiz hava püskürdülür və göz təzyiqinin ölçülməsi həyata keçirilir. Göz təzyiqinin ölçümü bəzi vəziyyətlərdə ənənəvi yollarla da həkimlər tərəfindən ölçülə bilir. 4 - Görmə Dəqiqliyi Müayinəsi İncə detalları görə bilmə bacarığımız, böyükdən kiçiyə sıralanan hərf, rəqəm ya da fiqurları müəyyən məsafədən oxumaqla ölçülür. Düzəldilməmiş görmə dəqiqliyi bir gözün adi halda, yəni eynək, daxili linza və kontakt linza olmadan bacardığı ən yaxşı görmə səviyyəsidir. Düzəldilmiş görmə dəqiqliyi isə bir gözün önünə daxili linza, kontakt linza ya da eynək olmadan əldə edilən ən yaxşı görmə dərəcəsidir. Eynək müayinəsində göz həkimi gözün önünə müxtəlif şüşələr yerləşdirir və pasientin ən yaxşı, ən rahat gördüyü şüşə nömrələrini təyin edir. Bu müayinə zamanı avtorefraktometr cihazının ölçümlərindən yararlanırıq. 5 - Göz Dibi Müayinəsi Həkimin istifadə edəcəyi xüsusi linzalar vasitəsilə edilən bu müayinə ilə gözün arxa qismində olan vitreus, retina, optik sinir və makula (sarı nöqtə) müayinə edilir. Vitreusun şəffaflığı, retina damarının görünüşü, optik sinirlərin rəngi, çuxurları və bi kimi bir çox xüsusiyyətlər dəqiq olaraq araşdırılır, diabet, təzyiq və genetik xəstəliklər müəyyən edilir. Makulanın (sarı nöqtənin) müayinəsi ilə özəlliklə 60 yaş və yuxarı yaş pasientlərdə rast gəlinən yaşla bağlı sarı nöqtə xəstəliyi öncədən aşkarlana bilir. Bu müayinənin lazımi səviyyədə edilməyi üçün bəzi adamlarda göz bəbəyi müxtəlif damcılarla böyüdülür. Bu damcılar görmədə keçici bulanıqlıq yarada bilər.
-
Excimer Lazer Nədir?Excimer Lazer (Ekzimer lazer, eynəkatma əməliyyatı) ultrabənövşəyi dalğa ölçülərində dəydiyi səthlərdə lazımi dərinliyə enə bilən və bu bölgədəki molekulları bir-birindən ayırıb səthi buxarlandıraraq aradan qaldıran lazer növüdür. Bu xüsusiyyətləri ilə excimer laser dolayı yolla kornea adı verilən gözün xarici səthində refraktiv dəyişikliklər etmək üçün fiziki üsuldur. Son iyirmi ildən çox müddətdə miopiya, hipermetropiya, astiqmatizm kimi bir çox qüsurların aradan qaldırılmasında güvənlə və uğurla istifadə edilir. Lazer şüalarının təsiri sadəcə korneanın müəyyən bir bölgəsində olur və bu səbəbdən gözün arxa tərəfindəki retina, yaxud sinirlərə təsirsizdir.
-
Excimer Laser Harda İstifadə Olunur?Eynək, ya da kontakt linzaya olan ehtiyacınızı öz güvənliliyi ilə aradan qaldıran excimer laser ( ekzimer lazer ) əməliyyatı hazırda çox populyardır. 20 ildən çoxdur geniş şəkildə istifadə edilən excimer laser cərrahiyyəsi uğurlu və güvənli olmağı sayəsində ən çox müraciət edilən əməliyyat növü olmuşdur. Dünyada 30 milyondan çox insan Excimer Laser ilə eynək və linzalardan azad olub və bu say hər gün daha da artmaqdadır. Hazırda bir həkim kimi biz də refraktiv qüsurların düzəldilməsi üçün dünyada istifadə edilən ən yeni üsulların tətbiqi ilə bu əməliyyatı icra edirik. Sizin bütün seçimlərinizin dəyərləndirilməsi və həm də gözlərinizin müayinəsi əsasında biz sizə ən uyğun əməliyyat növünü aşkarlayırıq.
-
Lazer Əməliyyatından Öncə Detallı MüayinəLazer əməliyyatından öncə göz ətraflı araşdırılmalı, əməliyyata uyğun olub olmamağı aşkar edilməlidir. Aşağıdakı mərhələlərlə göz detallı müayinə olunaraq onun əməliyyat edilib edilməməyinə qərar verilir: - Gözün ön seqmentinin (kornea sağlamlığı, qlaukoma, katarakt mövcudluğu baxımından) və genişləndirilmiş göz bəbəyindən retinanın detallı araşdırılması. - Standart eynək ehtiyacının ölçülməsi. - Kornea topoqrafiyası və kornea qalınlığının ölçülməsi. - Wavefront (göz xəritəsi) çıxarılması və göz bəbəyinin qaranlıqda nə qədər böyüdüyünün müəyyən edilməsi. - Pasientin bu prosedurdan gözləntisinin öyrənilməsi. - Müəyyən edilən refraktiv cərrahiyyənin təmin edəcəyi faydaların və ola biləcək risklərin pasientlə və yaxınlarına bildirilməsi. - Excimer lazer əməliyyatına qərar verildisə, standart müalicə və ya wavefront tətbiq ediləcəyinə qərar verilməsi. - Pasientlər kontakt linzalardan istifadə edirsə, yumşaq linzalarda ən azı 5 gün, sərt linzalarda isə 15 gün müddətinə linzaların çıxarılması.
-
Korneanın Quruluşu Necədir?Gözün ən ön qismindəki saat şüşəsinə bənzəyən şəffaf səthə kornea deyilir. Mərkəzindəki ortalama qalınlıq 0.55 millimetrdir. 3 əsas təbəqədən və 2 incə təbəqədən ibarətdir. Xaricdə 0.04 mm qalınlığında 5-6 sıra hüceyrədən ibarət epitel təbəqəsi var. Bu təbəqənin altında çox incə bir təbəqə mövcuddur. Bundan sonra korneanın bütün qalınlığının 90%-ini təşkil edən stroma təbəqəsi gəlir. Excimer laser əməliyyatının edildiyi səth tam buradır, yəni stroma təbəqəsi. Bundan altda isə ikinci incə təbəqə və ən içəridə tək sıra hüceyrələrdən ibarət endotel təbəqəsi yer alır.
-
Ekzimer Lazerdə Keratokonus Diaqnozunun ÖnəmiƏvvəlcə keratakonusun nə olduğunu öyrənək. Keratokonus artan miopiya və astiqmatizmlə gözün ön şəffaf təbəqəsinin incəlməsi və qabarması ilə müşahidə edilən xəstəlikdir. Bu zaman gözün ön təbəqəsi konus formasında irəliyə doğru çıxır. Keratokonus varsa, korneada incəlmə var. Bu səbəblə şübhəli keratokonus ehtimalları nəzərdən qaçmamalıdır. Bu qrup pasientlərdə xüsusilə qalın flep yaradılması və özəl olaraq yüksək dioptriada lazer tətbiq edilməsi 1 ay ilə 2 il arası müddət ərzində başlaya bilən, irəliləyən ektazi (korneada zəifləmə) yaranmasına səbəb olur. Eynək nömrəsi təkrar dəyişir və görmə keyfiyyəti aşağı düşür. Bu vəziyyət sərt kontakt linza istifadəsinə ya da intacs əməliyyatına ehtiyac yarada bilər. Bu səbəbdən başlanğıcda keratokonus diaqnozu lazer əməliyyatlarında kritik önəmə sahibdir. Bu da ancaq korneanın arxa tərəfinin müayinə edilməsiylə mümkündür. Keratokonus xəstəliyin diaqnozunun qoyula bilməsi məqsədi ilə klinikamızda dünyanın ən müasir avadanlıqlarından istifadə olunur.
-
Excimer Laser Kimlərə Uyğun Deyildir?Bir çox adam hansı hallarda excimer lazer əməliyyatı etmək lazım olmadığını soruşur. Hər bir göz həkiminin vəzifə borcudur ki, bu hallarda heç bir insana excimer lazer əməliyyatı etməsin. Yoxsa fəsadlar düşündüyünüzdən də çox ola bilər. Aşağıda sadalanan problemlər sizdə varsa, excimer lazer əməliyyatına uyğun deyilsiniz: ⛔️ Incə kornea ⛔️ Keratokonus şübhəsi olan anormal kornea topoqrafiyası ⛔️ Tənzimlənə bilməyən şəkər xəstəliyi ⛔️ Revmatizm halları ⛔️ Immun çatışmazlığı ⛔️ Bəzi dərmanların istifadəsi (Isotretinoin, amiodarone) ⛔️ Tənzimlənməyən qlaukoma ⛔️ Quru göz sindromu ⛔️ Herpes keratiti ⛔️ Inkişaf edən kataraka ⛔️ Qlaukoma ⛔️ Anamnezdə torlu qişanın qopması və ya bəzi xəstəlikləri ⛔️ Gözün bəzi iltihabi xəstəlikləri ⛔️ Hamiləlik dönəmi və doğumdan sonra ilk 6 ayda ⛔️ 18 yaşından aşağı ⛔️ -11-dən yüksək miyopiya ⛔️ +6-dən yüksək hipermetropiya ⛔️ +/- 6-dan yüksək astiqmatizm Gözünüzdə yuxarıdakı problemlərinin hansının mövcud olub olmadığını öyrənmək üçün ətraflı müayinə şərtdir.
-
Excimer Lazer Əməliyyatının Zərərləri Nədir?İnkişaf edən texnologiyalar sayəsində görmə dəqiqliyini azaldan və gözünüzə problem yarada biləcək hər hansı bir hadisənin olma ehtimalı sıfıra endirilmişdir. Yəni burada əməliyyatınızın uğurlu olmağı tamamilə həkimlərdən, onların etdiyi hesablamalardan asılıdır. Bu sahədə 13 ildən çox təcrübəmiz və dəqiq hesablamalarımız yüzlərlə pasienti öz görməsinə qovuşdurub. Kornea ilə bağlı hər növ cərrahiyyədə ən yeni üsullar, dərinlik xəritəsinin çıxarılması, ən son korneal topoqrafik sistemlərdən istifadə ilə etdiyimiz bu əməliyyata əminliklə girə bilərsiniz. Əməliyyatdan öncə veyvfront üsulu ilə (wavefront) korneanın ön səthi ilə bərabər arxa tərəfinin də yüksəklik xəritəsinin çıxarılması sayəsində görmənizin dəfələrlə yaxşılaşması üçün bütün məlumatlar toplanılır və əməliyyatdan sonra neçə faiz görə biləcəyiniz sizə öncədən bildirilir.
-
Veyvfront ( Wavefront ) Nə Deməkdir?Excimer lazer əməliyyatında geniş tətbiq olunan bu üsul veyvfront ( wavefront ) adlanır. Bu texnika əsasən NASA-nın kosmik tədqiqatlarında görüntünün aydınlaşdırılması məqsədiylə istifadə edilir. Bəs kosmosa aid bu texnikanın gözlə nə əlqəsi var? Wavefront tətbiqi ilə gözdəki geriləmə hallarının aşkarlanması və aradan qaldırılması olduqca yüksək nəticələr əldə etməyə səbəb olub. İnkişaf etmiş bir teleskop texnologiyası olan Wavefront tətbiqi adi lazer tətbiqindən daha çox görmə keyfiyyətini artırmağı hədəfləyir.
-
Lasik Nədir?LASIK ( Laser - Assisted Insitu Keratomileusis ) kornea üzərində mexanik keratom (mikrokeratom) köməkliyi ilə flepin qaldırılması və flep altındakı stroma səthinə Excimer Lazer əməliyyatının tətbiq edilməsidir. 2000-ci ildən sonra geniş şəkildə istifadə edilməyə başlanılıb. Paseint sadəcə 2 saat yüngül yanma və yaşarma hiss edə bilir, bundan sonra isə ertəsi gün normal həyatına davam edir.
-
Lasik Necə Tətbiq Olunur?Standart müayinələr edildikdən sonra lazerə hazırlaşan pasientlərin kornea səthindən xüsusi bir mikrokeratom köməkliyiylə gözdən 100-170 mikron qalınlığında flep qaldırılır. Qaldırılan flep səthinə (stroma) Ekzimer Lazer tətbiq edilir. Flepin yerinə yerləşdirilməsi zamanı flepi qorumaq və flep sürüşməsinin qarşısını almaq üçün qoruyucu kontakt linza istifadə edilərək lazer əməliyyatı tamamlanır.
-
PRK Nədir?PRK ( Photo Refractive Keratectomy ) ekzimer lazerin ilk zamanlardan bu dövrə qədər tətbiq edilən formasıdır. Uzun illər bu əməliyyat uğurla tətbiq edilmişdir və edilməkdədir. Bu əməliyyat üsulunda kornea epiteli mexaniki şəkildə təmizlənir. Daha sonra isə lazer əməliyyatı tətbiq edilir və kornea üzərinə kontakt linza qoyulur. Təbii ki, PRK əməliyyat ilə Lasik əməliyyatı arasında müəyyən fərqlər var. Hətta onu qeyd edə bilərik ki, pasientdən asılı olaraq əməliyyat növü PRK, yaxud Lasik olaraq seçilə bilər.
-
PRK Necə Tətbiq Edilir?Excimer laser üçün detallı göz müayinəsi edilən və gözü lazer üçün uyğun olan pasientlərin korneası üzərində epitel təbəqəsi mexaniki olaraq təmizlənir. Bu tip lazer əməliyyatı ortalama 8-10 dəqiqə davam edir. Excimer lazer kornea üzərinə tətbiq olunur və daha sonra korneada qoruyucu linza qoyularaq əməliyyat tamamlanır.
-
PRK Üsulunun Hansı Üstünlükləri Var?- Kornea təbəqəsi 500 mikronun altında olan pasientlərə bu üsul tətbiq edilə bilər - Lazer sonrası korneal flepin qaldırılmaması səbəbi ilə hər hansı korneal iz qalmır - Xüsusilə iz qalmasını istəməyən pasientlər üçün ideal üsuldur - Korneal flep qaldırılmadığı üçün korneanın təbii quruluşu və qalınlığı qorunmuş olur - PRK üsulunda gözə vakuum tətbiq edilmədiyi üçün göz təyziqi artmır və gözdə əməliyyat zamanı ağrı olmur - Bu üsul kornea qalınlığı Lasik üsuluna yararlı olmayacaq qədər incə olan, ancaq refraktiv qüsuru -5.D miopiya, +4 D hipermetropiya və astiqmatizmin düzəldilməsi üçün istifadə edilə bilər
-
PRK və Lasik Arasında Fərq Nədir?PRK əməliyyatından sonra 2-3 gün pasientdən asılı olaraq müxtəlif dərəcədə ağrılar ola bilər. Yüksək refraktiv qüsurlar üçün istifadə olunduğu zaman korea bulanıqlığı bir qədər çox ola bilir. Bu üsulla əməliyyat edilsəniz görməniz Lasik üsulu ilə müqayisədə daha gec düzəlir. Təbii ki, əməliyyatın Lasik yaxud PRK olmasına həkim sizin gözünüzü müayinə etdikdən sonra qərar verir. Gözünüzdəki problemdən asılı olaraq bunlardan hər hansı biri tətbiq edilə bilər. Lasik üsulu ilə PRK arasında fərq odur ki, Lasik əməliyyatı sonrası gözünüzdə 2 saat yüngül qaşınma, yanma və sulanma ola bilər. Ertəsi gün isə normal həyatınıza davam edirsiniz.
-
Niyə Excimer Lazer Üçün Oftalmoloq Bela Xasiyeva?Excimer lazer əməliyyatında nəticəyə təsir edən ən önəmli iki faktor var; 1) istifadə edilən lazerlərin inkişaf etmiş, son texnologiya olması, 2) düzgün hesablamalar ilə uğurlu lazer əməliyyatı üçün geniş həkim təcrübəsi 13 ildən çoxdur xidmət göstəririk və bu müddət ərzində yüzlərlə pasienti öz görməsinə qovuşdurmaq qürur vericidir. Pasientlərimiz tərəfindən qiymətləndirilən aşağıdakı xüsusiyyətləri sizlərlə də paylaşırıq: - Pasient məmnuniyyətinin yüksək tutulması üçün müayinə və əməliyyatlarda bütün standartların gözlənilməsi - Hər bir pasientimizə həkimin şəxsən özünün vaxt ayırması və detallı müayinə prinsipi - İstifadə edilən əksər alətlərin pasientə özəl və birdəfəlik istifadə üçün olması - Davamlı steril şəratin yaradılması, alət və əməliyyatxana üçün optimal şərtlərin təmin edilməsi - Etik dəyərlərə bağlı və ən son texnoloji yeniliklərin yüksək keyfiyyətlə tətbiqi - Gözlərinizə dəqiq diaqnozun qoyulması, müayinə və müalicəsinin tam şəkildə aparılması üçün bizə müraciət etməkdən çəkinməyin. Dünya gördükcə gözəldir! Oftalmoloq Bela Xasiyeva
-
Ekzimer Lazer Əməliyyatı Öncəsi HazırlıqQadınların lazer olacağı gün gözlərə hər hansı makyaj etməməsi lazımdır. Qəbul saatından mütləq 15-20 dəqiqə öncə əməliyyat ediləcəyiniz ünvana gəlmək yaxşı olar. (Sizə əlavə prosedurlar edilməyəcəksə) Lazer öncəsi gözünüzə hazırlıq məqsədi ilə bəzi dərmanlar damladılacaq. Lazerdən öncə streil maska, əlcək, əməliyyatxana paltarı və qaloş geyindiriləcək. Lazer çox qısa müddətdə (saniyələr ərzində) davam edəcək. Hazırlıq və əməliyyatdan öncəki gözləmə müddətləri hesablandıqda ortalama 2-3 saatlıq bir vaxta ehtiyacınız olacaq.
-
Lazer Əməliyyatı Əsnasında Nələr Baş Verir?Lazer damcı (topikal) anesteziya (keyitmə) ilə həyata keçirilir. Lazer zamanı gözünüzü və başınızı hərəkət etdirməməyiniz mütləqdir. Lazer zamanı yanıb sönən qırmızı işığa baxmalısınız. Gözə lazer tətbiqi ümumiyyətlə saniyələr ərzində davam edir. Əməliyyatxanaya girib çıxmağınız 10-15 dəqiqə çəkə bilər. Lazerdən sonra həkimin tövsiyyələrinə əməl etməyiniz mütləqdir.
-
Lazer Əməliyyatı Sonrası Nələrə Diqqət Edim?Excimer Lazer əməliyyatından sonra nələrə diqqət etmək lazımdır? - Əməliyyatdan sonrakı gün mütləq müayinəyə gəlməlisiniz. (əməliyyat növünə görə müayinə vaxtı dəyişə bilər) - Lazer əməliyyatı sonrası görməniz bir qədər bulanıq olacaq, saatlar keçdikcə görməniz yavaş-yavaş düzələcək. - Lazer əməliyyatı sonrası işığa həssaslığınız ola bilər. Bu səbəbdən günəş eynəyindən istifadə etməyiniz yararlı olacaq. - Qətiyyən əlinizi gözünüzə vurmamalısınız. - Gözünüzü ovmaq və qaşımaq olmaz. - 3 gün gözünüzə su vurmamalısınız. - Siqaretdən və tozlu yerlərdən ən azı 1 həftə uzaq durmalısınız. - Şiddətli işığa məruz qalmaqdan qaçmalısınız. - Lazer sonrası bir ay dəniz, hovuz və gölə girməməlisiniz. - Görməniz ümumilikdə 1 gün sonra normala yaxınlaşacaq. - Sizə deyilən dərmanları bildirildiyi kimi istifadə etməlisiniz. - Kontakt linza görmənizi bulanıqlaşdıracaq, linzanı çıxardıqdan sonra daha aydın görəcəksiniz. (əməliyyat növünə görə bunun vaxtı dəyişə bilər) - Əməliyyat sonrası 3-6 ay ərzində göz damcılarından istifadə etməli olacaqsınız.
-
Ekzimer Lazer Haqqında Paseintlərimizin Ünvanladığı SuallarSual 1: Eynək nömrəsi lazer olmayacaq qədər böyük olanların eynəkdən azad olma şansı varmı? Cavab: Bugünkü dövrdə texnoloji imkanların sürətlə inkişafı və bunun tibbdə, xüsusilə göz xəstəliklərinin müalicəsində geniş şəkildə istifadəsi yeni müalicə üsullarının yaranmasına imkan vermişdir. Bu gün yüksək miopiya və ya astiqmatizmin aradan qaldırılması yönündə iki fərqli üsul da vardır: 1) FAKİK İOL Tətbiqi; gözün içindəki mövcud linzaya toxunmadan gözün rəngli qisminin (iris) önünə və yaxud arxasına pasientin gözünə uyğun süni linzalar (İOL) qoyulması mümkündür. Bununla da eynəksiz görmənin mümkünlüyü təmin edilir. Günümüzdə -10.00 D-dan yuxarı olan paseintlərdə bu üsulun istifadəsi daha da populyarlaşmışdır. 2) Şəffaf Linza Ekstraksiyası: Yüksək miopiya xəstələrində göz içirisindəki linza çıxarılaraq pasientin gözünə uyğun süni linzanın taxılması ilə refraksion qüsuru düzəltmək mümkündür. Bu üsullardan hansının tətbiq olunacağına və ya olunmayacağına edilən detallı müayinədən sonra qərar vermək mümkündür. Hər üsulun avantajları və dezavantajları ola bilər. Bu səbəbdən öncədən pasient detallı şəkildə məlumatlandırlır və əməliyyata bundan sonra qərar verilir. Sual 2: Excimer Laser edildikdən sonra yenidən problem yarana bilərmi? Cavab: Lazerdə məqsəd ömürlük olaraq eynəkdən qurtulmaqdır. Düzgün gözə düzgün zamanda düzgün üsulla edilmiş lazerdən sonra təkrar problem yaranması ehtimalı nadirdir. Nadirən də olsa təkrarlanan zəifləmələrə 2-ci dəfə lazer əməliyyatı etmək mümkündür. Sual 3: Həkimlər, xüsusilə də göz həkimləri niyə özlərinə və yaxınlarına lazer əməliyyatı etdirmirlər? Cavab: Bugün etibarı ilə dünyada on minlərlə göz həkimi öz gözünə lazer əməliyyatı etdirmişdir. Qarşınıza çıxan eynək taxmış göz həkimləri varsa, bunu əminliklə bilməlisiniz ki, lazer etdirib etdirməmək tamamilə şəxsin öz seçiminə bağlıdır. Bəlkə də, gördüyünüz eynəkli insanlar eynəyi çox sevirlər. :) Sual 4: Excimer Lazer əməliyyatı edilən pasientlərə lazım olduqda başqa bir problem (katarkt, çəplik, qlaukoma və s.) səbəbindən başqa bir əməliyyat tətbiq edilə bilərmi? Cavab: Təbii ki, edilə bilər. Lazer əməliyyatı hər hansı göz probleminin əməliyyatına əngəl deyil. Ancaq katarakt əməliyyatı ediləcəyi zaman pasientin süni göz içi linzasının (İOL) nömrəsi hesablanarkən uyğun formula istifadə edilməlidir. Bunun xaricində edilən bütün əməliyyatlar eyni üsulla, normal şəkildə edilməkdədir. Sual 5: Lazer əməliyyatı güvənlidirmi? Cavab: Hazırda dünyada milyonlarla insana tətbiq olunan lazer miopiya, hipermetropiya və astiqmatizmin müalicəsində ən güvənli üsul olduğunu təsdiqləmişdir və bütün dünya səviyyəsində istifadəsinə beynəlxalq icazələr verilmişdir. Sual 6: Lazer etdirdiyimiz zaman göz nömrələri sıfırlanırmı? Cavab: Lazer əməliyyatında məqsəd şəxsin eynəksiz və dəqiq bir görüntü əldə etməsini təmin etməkdir. Tətbiq edilən lazer əməliyyatının uğurlu olması pasientin refraksion qüsuruna və onun kornea quruluşuna bağlı olaraq 95%-dən çox əla nəticə ( + / -0,50 D ) verir. Sual 7: Lazer əməliyyatı nə qədər davam edir? Cavab: Gözə lazerin tətbiqi saniyələr ərzində baş verir. Lakin ümumi əməliyyat üçün 10-15 dəqiqə vaxt lazım olur. Sual 8: Lazer əməliyyatından neçə gün sonra maşın sürə bilərəm? Cavab: LASİK üsulu lazer əməliyyatlarından 1 gün sonra, PRK üsulu lazer əməliyyatlarından 3-5 gün sonra maşın sürə bilərsiniz. Sual 9: Astiqmatizm düzələ bilərmi? Cavab: Əlbəttə, düzələ bilər. Kornea qalınlığına bağlı olaraq 4-6 D-yə qədər astiqmatizm lazer ilə düzəldilir. Sual 10: Lazerdən sonra gözlər bağlanılırmı? Cavab: Lazer sonrası gözlər açıq qalır və evə görərək gedirsiniz. Ancaq 2-3 saat yüngül yanma və sulanma (PRK üsulunda 2-3 gün) ola bilir. Sual 11: Lazerdən neçə gün sonra gözümə su vura bilərəm? Cavab: Lazerdən 3 gün sonra üzünüzü yuya bilərsiniz. Ancaq dəniz, hovuz, göl kimi ümumi yerlərdə 20-30 gün çimməməyiniz lazımdır. Sual 12: Sizə müraciət etdiyim gün lazer əməliyyatı ola bilərəmmi? Cavab: Ümumilikdə, bəli, ola bilərsiniz. Ancaq gözünüzün vəziyyətinə görə ətraflı müayinə və pentakam müayinəsi lazım olduğu zaman bu mümkün deyildir. Sual 13: Kontakt linza istifadə edənlər kontakt linzanı çıxarandan neçə gün sonra lazer ola bilərlər? Cavab: Yumşaq kontakt linzalar üçün ən az 7 gün, sərt kontakt linzalar üçün 15 gün gözləmək lazımdır. Sual 14: Hamiləlik zamanı və yaxud süd verərkən əməliyyat ola bilərəmmi? Cavab: Hamiləlikdə və doğumdan sonrakı ilk 6 ay lazer əməliyyatı olmağınızı uyğun görmürük.
-
Refraktiv Cərrahiyyə Nədir?Müxtəlif səbəblərlə yaxşı görə bilmək məqsədiylə kontakt linza və ya eynək istifadə edən pasientlərin hər hansı vasitə olmadan görmələrini təmin etmək məqsədi ilə tətbiq edilən cərrahiyyə metoduna refraktiv cərrahiyə deyilir. Ən sıx miopiya, hipermetropiya və astiqmatizmin düzəldilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlə istifadə edilən bir çox fərqli üsul Excimer Laser əməliyyatı altında həyata keçirilir. Bundan əlavə FAKİK İOL implantasiyası, CLEAR Refraktiv Linza Ekstraksiyası (Şəffaf linza dəyişimi) və Astikmatik Keratotomiya bu məqsədlə istifadə edilən digər üsullar sayılır. Gözlə bağlı ən yüksək texnoloji yeniliklərlə, professional xidmətinizdə olmaqla bərabər bizim pasient yönümlü, etik dəyərlərə bağlı həkimlik prinsiplərimiz hər zaman öndə gəlir. Burada pasientlərimiz üçün düzgün müalicə proseduru və əməliyyatlar uğurla həyata keçirilir.
-
FAKİK İOL İmplantasiyası Nədir?Yüksək refraktiv qüsurlar (miopiya, hipermetropiya) səbəbi ilə və ya kornea incəliyi səbəbiylə Excimer Lazer ola bilməyən pasientlərdə məsləhət görülən üsul bu olub, gözün ön seqmentinə ( iris claw ) və ya arxa seqmentinə linza önünə süni linza (İOL) yerləşdirilməsindən ibarətdir. Bu əməliyyat üsulu ilə çox yüksək dərəcələrdəki miopiya (-25.00 D) düzəldilə bilir. Ddaha yüksək refraktiv qüsurların və astiqmatizmin düzəldilməsində Fakik İOL İmplantasiyası ilə birlikdə Excimer Laser və ya Astiqmatik keratotomiya birlikdə tətbiq edilməkdədir. Bu tipli əməliyyatların hamısı Oftalmoloq Bela Xasiyeva tərəfindən uğurla və güvənlə həyata keçirilməkdədir.
-
FAKİK İOL İmplantasiyaları Kimlərə Tətbiq Olunur?O şəxslərin ki, Ekzimer Lazer olmasına əngəl olacaq qədər incə korneaları var, onlara FAKİK İOL implantasiyası tətbiq oluna bilər. Həmçinin, Excimer Laser olmasına əngəl olacaq qədər eynək nömrəsi yüksək olan şəxslər də bu kateqoriyaya aiddir.
-
FAKİK İOL İmplantasiyası Necə Həyata Keçirilir?Detallı göz müayinəsindən sonra gözü uyğun olan pasientlərə topikal damcı anesteziyası (keyitmə) və ya subkonjoktival anesteziya ilə tətbiq olunur. Pasient hər hansı bir ağrı hiss etdir. Pasient yatızdırılmadığı üçün həkimlə danışa bilir. Öncə FAKİK İOL taxılacaq göz əməliyyat üçün hazırlanır və dezinfeksiya üçün lazımlı dərmanlar istifadə edilərək əməliyyata hazır vəziyyətə gətirilir. Korneadan 3.2 mm genişliyində özəl bir tunel və iki ədəd yan girişlərin açılması ilə İOL göz içinə xüsusi bir cihazın köməkliyi ilə qatlanaraq qoyulur və uyğun bölkələrdə iris təbəqəsinə inteqrasiya edilir. Əməliyyat zamanı gözün təbii linzası qorunur, süni liza ona toxunmayacaq şəkildə iris (rəngli təbəqə) önündə dayanır. Xüsusi və kiçik bir kəsik edildiyi üçün korneaya ümumilikdə tikiş atılmır və bu səbəblə tikişə bağlı olaraq astiqmatizm inkişaf etmir. Bir gün sonra edilən müayinədə pasient ümumilikdə eynəklə görməsinə yaxın bir görməyə sahib olur. Əməliyyat ortalama 15-20 dəqiqə davam edir və gözlər tək-tək, fərqli zamanlarda əməliyyat edilir. Əməliyyatdan 5 gün sonra gözlərə su dəyə bilər və 20-30 gün sonra dəniz, göl, hovuz kimi ümumi çimərliklərlə getmək olar. Pasientlərin 24 saat önə əyilməsi limitli sayda ola bilər, ancaq bundan sonra hərəkət məhdudiyyətinə gərək duyulmur.
-
FAKİK İOL İmplantasiyası Güvənlidirmi?FAKİK İOL əməliyyatı edilmədən öncə paseintə çox detallı bir müayinə edilməsi və gözün uyğun olub olmadığının aşkarlanması lazımdır. Lazım olan müayinə edildikdən sonra gözünün uyğun oldu qərar verilən pasientlər üçün son dərəcə güvənli bir əməliyyatdır. Qlaukoma, üveyit kimi bir çox xroniki problemləri olan pasientlərdə bu üsuldan istifadə edilmir. Bu səbəblə pasientlərin detallı müayinəsi aparılaraq professional şəkildə əməliyyat planı qurulmalıdır. Əməliyyat öncəsi dərinlik (3D görmə) mütləq ölçülməlidir. Bundan əlavə spekulyarmikroskop ilə endotel hüceyrələr mütləq sayılmalıdır.
-
FAKİK İOL İmplantasiyasının Avantajları Nədir?Ən önəmli avantajı yüksək refraktiv qüsurların uğurla düzəldilməsi və Excimer Lazer edilə bilməyən bir çox pasientin eynək və ya kontakt linzadan qurtulmasını təmin etməkdir. Texnologiyanın inkişafı ilə insanların gözləntiləri də artmaqdadır. FAKİK İOL tətbiq ediləcək pasientlər eynəksiz olaraq ancaq 1-2 metr görə bilərlər. Bu da onları eynək və ya kontakt linzalara bağlı hala gətirir. FAKİK İOL üsulu ilə bu tipli problemlərin hamısı aradan qaldırılır. FAKİK İOL tətbiq olunan bir çox pasient eynəkdən daha yaxşı görüntü əldə edə bilir.
-
FAKİK İOL İmplantasiyası Dezavantajları Nədir?- Ən önəmli dezavantajı bahalı bir əməliyyat olmasıdır. - Görmə dərinliyində (3D görmə) problem olan pasientlərə tətbiq edilmir. - Endotel hüceyrə sayılmadan edilməməlidir və endotel sayı kifayət qədər olmayan pasientlərə uyğun deyil. - Pasientlər dəqiq müayinədən keçirilmədən bu əməliyyatı etdirsələr, gələcəkdə göz təyziqi, katarakt kimi problemlər yarana bilər.
-
FAKİK İOL-la Bağlı Pasientlərdən Gələn SuallarSual 1: FAKIK IOL ilə astiqmatizm düzələ bilərmi? Cavab: Bu dövrdə FAKİK İOL-ların torik növləri də istehsal edildiyi üçün astiqmatizmin də aradan qaldırılması mümkündür. Sual 2: Əməliyyatda narkoz (anesteziya, yatızdırılma) edilirmi? Cavab: Xeyr, əməliyyat ağrısız və güvənli olduğu üçün bu prosedur həyata keçirilmir. Topikal (damcı) anesteziyası və ya subkonjoktival anesteziya ilə əməliyyat edilir. Sual 3: Əməliyyatdan neçə gün sonra normal görməmə qovuşacam? Cavab: Ümumilikdə 3-7 gün içində normal görmənizə qovuşacaqsınız. Ancaq xüsusilə yüksək nömrələrdə (-15.00 D-dan çox) qatlanabilən FAKİK linzalar olmadığı üçün 1 ədəd sutur qoymaq lazım olur. Bu zaman sağalma bir qədər uzun çəkə bilir. Sual 4: Əməliyyatdan sonra xəstəxanada qalacammı? Cavab: Əməliyyatdan 25-30 dəqiqə sonra evinizə gedə bilərsiniz və xəstəxanada qalmağınıza ehtiyac yoxdur. Ancaq 1 gün sonra müayinəyə gəlməyiniz şərtdir. Sual 5: Əməliyyatdan sonra gözüm neçə gün qapalı qalmalıdır? Cavab: Ümumiyyətlə 2-3 saat qapalı qalması kifayətdir. Sonra gözünüz açılır və dərmanlarınızı damcılatmağa başlamaq lazımdır.
-
Şəffaf Linza Dəyişimi Nə Deməkdir?Pasientin refraksion qüsurunu düzəldərək eynək və ya kontakt linza ehtiyacını aradan qaldırmaq məqsədiylə mövcud şəffaf göz linzasını əməliyyatla çıxararaq yerinə uyğun nömrələrdə göz içi linza yerləşdirilməsinə şəffaf linza dəyişimi deyilir. Bu linzanın (İOL) əməliyyat sonrası taxılıb çıxarılması və ya baxımı mümkün deyil. Qalıcı bir linza olaraq ömür boyu gözlərinizdə qalır. Pasient bu linzaların gözündə olduğunu heç bir halda hiss edə bilməz.
-
Refraktiv Linza Dəyişilməsi Kimlərə Tətbiq Edilir?Refraksion qüsuru digər refraktiv cərrahiyyə yolları (Excimer laser, FAKİK İOL) ilə düzəldilməsi uyğun olmayan və ya refraktiv linza dəyişiminin daha uyğun olduğu pasientlərdə bu əməliyyat mümkündür. Xüsusilə 40 yaşını keçmiş və presbiopik eynək istifadə edilən üçün refraktiv linza dəyişimi ən çox müraciət edilən əməliyyat növüdür. Yüksək hipermetropiyası olanlar ( +6 D-dan yuxarı) və (-10 D-dan yuxarı) miopiyalı pasientlər excimer lazerə uyğun deyil. Bu pasientlərin dərinlik görmələri FAKİK İOL üçün də uyğun deyilsə, onlar artıq refraktiv linza dəyişiminə namizəddirlər. Bundan əlavə 40 yaşın üzərində olan hipermetropiyalı pasientlər yaxın və uzaq eynəyi istifadə etmək istəmirlərsə, onlar da refraktiv multifokal linza dəyişimi üçün müraciət edə bilərlər.
-
Refraktiv Linza Dəyişimindən Öncə Nələr Ediləcək?Ətraflı göz müayinəsinin ardınca göz içinə taxılacaq olan linza nömrəsi hesablanacaq və lazımi bütün prosedurlarla birlikdə pasient əməliyyata götürüləcək. Xüsusilə yüksək miopiyalı pasientlərdə retina dekolman riskləri yuxarı səviyyədə olur. Bu pasientlərin fundusu (göz dibləri) ətraflı müayinə edilməlidir və lazımi pasientlərdə retina periferiyasına qoruyucu lazer (ALF) tətbiq edilməlidir. Müayinə əsnasında pasientin astiqmatizmi olduğu aydınlaşarsa, kornea topoqrafiyası çəkilməlidir və astiqmatik rilizing insizyası (LRİ) nomoqramı hazırlanaraq prosedur zamanı pasientə LRİ tətbiq olunmalı və beləcə mövcud astiqmat düzəldilməlidir. Əməliyyat öncəsi pasientlərimizdə mütləq standart ətraflı göz müayinəsi, əlavə olaraq qan və hepatit testləri edirik.
-
Refraktiv Linza Dəyişimi Necə Həyata Keçirilir?Standart hazırlıqlardan sonra gözün dezinfeksiyası kimi prosedurlar həyata keçirilir və əməliyyat damcı (topikal) anesteziya (keyitmə) ilə tətbiq olunur. Pasiente heç bir iynə vurulmur və yatızdırılmır. Sadəcə damcı köməkliyi ilə gözün hər ehtimala qarşı ağrı hiss etməsi əngəllənir. Əməliyyat zamanı toxunma hissləri ilə əlaqədar kiçik ağrılar ola bilər. Ancaq bunlar çox kiçik ağrılardır və çoxalacağı təqdirdə intrakamaral anesteziya tətbiq edilərək əməliyyata davam edirik. Katarakt əməliyyatında istifadə edilən FAKO üsulu burada da tətbiq olunur və hər hansı bir tikiş qoyulmadan ortalama 6-8 dəqiqədə əməliyyat tamamlanır. Bu əməliyyat sonrası pasientin təbii linzası götürüldükdən katarakt riski tamamilə sıfıra düşür. Pasientin həmin gözündə heç bir zaman katarakt inkişaf edə bilməz.
-
Refraktiv Linzada Risklər Varmı?Katarakt əməliyyatında hansı risklər varsa, refraktiv linza dəyişimində də bu risklər mövcuddur. Ən önəmli risk milyonda birdən belə az ehtimal olunan endoftalmiya problemidir. Ekspulsiv hemoragiya (göz içi damarlarda qanama), vitreus itkisi, endotel çatışmazlığı kimi problemlər ortaya çıxa bilər. Ancaq bunlar çox nadir hallarda baş verir. İnkişaf edən FAKO texnologiyası ilə refraktiv linza dəyişimi güvənli bir metoddur və gözü uyğun olan insanlar üçün uğurla tətbiq edilə bilər.
-
Refraktiv Linza Dəyişimi İlə Bağlı Pasientlərdən Gələn SuallarSual 1 - Qan durulaşdıran dərmanlardan istifadə edənlər üçün bu əməliyyat uyğundurmu? Cavab - Qan durulaşdıran dərmanların (aspirin, cumadin, pleviks və s.) istifadəsinin dayandırılması məsləhət görülür. Ancaq kardioloqunuz dərmanları kəsməyə icazə varmirsə, göz həkiminizə məlumat vermək şərti ilə əməliyyat edilə bilərsiniz. Çünki bizdə bu cür əməliyyatlar damcı keyitmə ilə edilir və şəffaf korneal təbəqədə qanama riskini minimuma endirmək baxımından bizə bu məlumatı verməyiniz önəmlidir. Sual 2 - Əməliyyat sonrası gözüm nə qədər qapalı qalacaq? Cavab - Əməliyyatdan 2 saat sonra gözləriniz açılacaq və dərmanlarınızın istifadəsinə başlayacaqsınız. Sual 3 - Əməliyyatdan neçə gün sonra əyilmək, fiziki hərəkətlər etmək olar? Cavab - Hər hansı əks göstəriş olmadığı təqdirdə 1 gün sonra əyilmək və başqa hərəkətlər etmək olar. Sual 4 - Görməm nə zaman başlayacaq? Cavab - Gözünüz açıldığı zaman görməyə başlayırsınız ( 2 saat sonra). Ancaq daha yaxşı görmək üçün 3-5 gün müddət lazımdır. Sual 5 - Əməliyyatdan sonra yaxını görə biləcəmmi? Cavab - Taxılan linzadan asılıdır. Linza monofokaldırsa, yaxını görmürsünüz. Ancaq bu dövrdə yaxın və uzağı göstərən Multifokal linzalar mövcuddur. Uyğun pasientlərə bu tipli linzalar taxılmaqla eynəkdən istifadə edilmədən yaxın və uzaq görmə əldə oluna bilir. Sual 6 - Bu əməliyyatda gözümə tikiş qoyulacaq? Cavab - Xeyr, əməliyyat tikişsizdir. Sual 7 - Refraktiv linza dəyişimindən sonra lazım olarsa, Excimer Lazer mümkündürmü? Cavab - Əlbəttə, mümkündür. Ancaq bu məqsədlə lazımi müayinələrin aparılması və kornea quruluşunuz öyrənilməlidir. Bu halda əməliyyata uyğun olub olmadığınız dəqiqləşdirilir.
-
Astiqmatik Keratotomiya Nədir?Gözdə var olan astiqmatizmi düzəltmək üçün gözün müvafiq oxuna uyğun mikron tipli bir ülgüclə astiqmatın nömrəsinə görə müəyyən dərinlik və uyğun ölçüdə tətbiq edilən cərrahiyə növüdür. Olduqca qısa çəkən bu əməliyyat ümumilikdə Limbal Rahatladıcı İnsizya (LRİ) formasında və FAKO üsulu zamanı astiqmatizmi azaltmaq məqsədiylə istifadə edilir. Excimer Lazerin geniş yayılması səbəbi ilə bu üsula olaraq astiqmatın düzəldilməsində nadir hallarda müraciət edilir.
-
Astiqmatik Keratotomiya Kimlərə Tətbiq Olunur?Hazırkı dövrdə astiqmatizmin müalicəsində geniş şəkildə istifadə olunan Excimer Laser çox populyardır. Ancaq kornea quruluşu lazerə uyğun olmayan və ya lazerlə tamamilə düzəldilməyəcək qədər yüksək olan astiqmatizmlərdə təkcə bu üsuldan, yəni astiqmatik keratotomiyadan, yaxud excimer lazerə köməkçi olaraq istifadə oluna bilər. Bundan əlavə astiqmatik keratotomiyanın bir modifikasiya forması olan Limbal Rilizing İnsiziya (LRİ) xüsusilə katarakt əməliyyatları, Fakik İOL implantasiyası və refraktiv linza dəyişimi ilə birlikdə astiqmatizmi düzəltmək və yaxud azaltmaq üçün istifadə edilir.
-
Astiqmatik Keratotomiya Necə Tətbiq Olunur?Korneal astiqmatizmi olan pasientlərə kornea topoqrafiyası çəkilir. Topoqrafiya məlumatlarına əsasən astiqmatiq keratotomi nomoqramı hazırlanır. Bu nomoqramda hansı bucaqdan neçə ədəd və neçə dərəcə kəsiklərin ediləcəyi müəyyənləşdirilir və kornea üzərində işarələnir. Mikrohesablamalı RK bıçağı ilə kornea qalınlığının 90%-ni kəsəcək dərinlikdə kəsim prosesi tamamlanır. Bu proses əməliyyatxana şərtlərində edilməsi gərəkən effektiv və təhlükəsiz üsuldur. FAKO əməliyyatı, Fakik İOL implantasiyası və refraktiv linza dəyişimi ilə birlikdə daha çox LRİ istifadə olunur. Bu prosedur ediləmədən öncə kornea topoqrafiyası çəkilir və Fako giriş kəsiminin giriş yeri və aradan qaldıracağı astiqmatizm dərəcəsi müəyyən edilir. LRİ nomoqramı hazırlanır və uyğun bucaqdan müəyyən edilən miqdarda LRİ kəsimi aparılaraq proses tamamlanır.
-
Astiqmatik Keratotomiya Sonrası Tamamilə Sağalma Mümkündürmü?AK və ya LRİ sonrası astiqmatizm tamamilə düzələ bilər. Ancaq bu müalicə excimer lazer qədər həssas bir mütod deyil. Bu səbəblə daha çox katarakt əməliyyatına köməkçi bir əməliyyat olaraq istifadə edilir. Bizdə astiqmatizmi olan pasientlərimizə zaman-zaman LRİ tətbiq edilir. Xüsusilə 1.00 D-nin üzərində astiqmatizmi olan və multifokal İOL implantasiyası edilmiş pasientlərə mütləq tətbiq olunmalıdır.
bottom of page