top of page

Çəplik Əməliyyatı İlə Narahatlıqlardan Qurtulun

Çəplik Əməliyyatı Nədir və Necə Aparılır?

Gözlərin mərkəzi  fiksasiya nöqtəsindən yayınaraq fərqli fiksasiya nöqtələrinə əyilməsinə çəpgözlük deyilir.

Çəpgözlük daxilə, xaricə, yuxarı və ya aşağıya doğru ola bilir. Daimi və ya vaxtaşırı çəpliklər mövcuddur.
 

Yaranma səbəbindən asılı olaraq anadangəlmə və qazanılmış çəpgözlüklər vardır. Gözdə çəpləşmə başlayan andan etibarən ikiləşmənin (diplopiya) qarşısını almaq üçün, beyin iki gözdən birinin görüntüsünü əngəlliyir.

Zamanında müalicə edilmədikdə insanda binokulyar görmə və steriopsis deyilən dərin (3D) görmə pozulur və nəticədə göz tənbəlliyi (ambliopiya) yaranır.

 

Yetkin insanlarda olan çəpliklər əksər hallarda uşaqlıqda düzgün müalicə olunmayan çəpliyin irəlləyən forması, bəzi hallarda isə travma və ya hər hansı bir xəstəlik nəticəsində yaranmış ola bilər.
 

Çəpgözlüyün müalicəsi növündən asılı olaraq dəyişir. Müalicə mərhələləri aşağıdakı kimidir:
 

1. Mütləq əsas səbəb araşdırılmalıdır

2. Göz tənbəlliyi müalicə olunmalıdır

3. Əməliyyat yolu ilə gözlərin düz bir nöqtəyə baxması təmin edilməlidir
 

Müalicə nə qədər erkən başlasa, bir o qədər görmə tənbəlliyi ehtimalı azalır.

Bəzi çəpliklər əməliyyatsız yalnlz eynək müalicəsi ilə düzələ bilirsə, bəziləri yalnız cərrahi yolla düzəldilməlidir.

ƏLAQƏ

MESAJ YAZ

Email: drbela.xasiyeva@gmail.com

Mob: +994 50 362 90 55

Baku

İş saatları

Bazar ertəsi- Şənbə:
10:00  - 15:00 

Bazar: İşləmirik

Sosial Mediada İzləyin:

  • bela-xasiyeva-instagram-min
  • bela-xasiyeva-facebook-min
  • Twitter

Bizimlə əlaqəyə keçdiyiniz üçün təşəkkürlər!

© 2020, Bela Xasiyeva Oftalmoloq. Bütün hüquqları qorunur.

bottom of page