
Blefaroplastika - göz qapaqlarında yaranan artıq dəri və piy yırtıqlarının aradan qaldırılması üçün aparılan estetik (plastik) əməliyyat növüdür. Bu əməliyyat vasitəsi ilə yaşla əlaqəli göz ətrafında əmələ gələn qırışlardan, torbalardan və şişkinliklərdən azad olmaq mümkündür.
Əməliyyatdan Öncə Nələr Önəmlidir?
Blefaroplastika əməliyyatının hər bir əməliyyat kimi mükkəmməl, yaxud əks göstərişləri olur. Buna görə də blefaroplastikaya qərar vermək üçün hər bir estetik əməliyyat kimi cərrahın ön konsultasiyası önəmlidir. Cərrah göz ətrafı dərini, göz quruluşunu və həmçinin pasientin gözləntilərini öncədən dəyərləndirərək pasient üçün uyğun əməliyyat növünü seçir və pasient üçün ən düzgün qərarı verir. Blefaroplastikaya göz ətrafı dəri sallanması, göz altı torbalar, göz ətrafı qırışlar, göz yarığının formasının dəyişməsi, göz kənarlarının aşağıya doğru enməsi və eyni zamanda göz üstündə ağırlıq hissinin olması daxildir.
Hansı Növ Blefaroplastika Əməliyyatları Mövcuddur?
Blefaroplastika əməliyyatının bir neçə növü mövcuddur; üst qapaqların blefaroplastikası, alt qapaqların blefaroplastikası, transkonyuktival blefaroplastika, lateral kantoplastika (badam göz).
Üst göz qapaqlarının blefaroplastikası üçün gostəriş üst göz qapaqlarında yaranmış artıq dəri və piy torbalarını aradan qaldırmaq üçün nəzərdə tutulub.
Alt göz qapaqlarının blefaroplastikası isə gözaltı torbalar, şişkinlik və dəri sallanmasının korreksiyası üçün aparılır.
Transkonyuktival blefaroplastika dəridə kəsik aparmadan alt göz qapaqlarında yaranmış torbalardan azad olmaz üçün icra olunur. Piy hüceyrələrinin yerdəyişməsi gözaltı nahiyədə yaranmış çökəkliklərin və assimmetriyanın korreksiyası üçün nəzərdə tutulub.
Lateral kantoplastika göz yarığının təbii formasını dəyişmək üçün nəzərdə tutulmuş plastik əməliyyat növüdür. El arasında buna badam göz əməliyyatı da deyirlər.
Göz Qapağı Əməliyyatı Hansı Üsullarla Aparıla Bilər?
Klassik variantda kəsik qapaq dərisində aparılaraq artıq dəri və piy toxumaları xaric olunur və dəriyə kosmetik tikiş qoyulur. Transkonyuktival blefaroplastika zamanı piy torbalarına yol göz qapağının selikli qişasından yaradılır və dəridə heç bir iz qalmır. Bəzi hallarda isə cərrah hər iki üsuldan istifadə edir.
Üst Blefaroplastikaya Göstərişlər Hansılardır?
Üst göz qapaqlarının blefaroplastikası üçün gostəriş üst göz qapaqlarında yaranmış artıq dəri və piy torbalarını əmələ gəlməsidir. Bildiyimiz kimi yaşla əlaqədər dərimizin və əzələlərimiz tonusu azalaraq sallanma və deformasiya əmələ gələ bilər. Belə hallarda üst göz qapaqlarının dərisi sallanaraq, qırışaraq gözümüzün üzərində artıq bir yük yaratmaqla yanaşı qeyri-estetik bir görünüş də ortaya çıxarır.
Üst göz qapaqlarının dərisinin qırışaraq sallanmasına tıbbi dildə blefaroxalazis deyilir. Bəzi hallarda dəri o qədər dartılıb inkişaf etmiş olur ki, gözümüzün üzərinə sallanaraq görmə sahəmizdə də dəyişikliyə səbəb ola bilər. Belə hallarda yorğun üz ifadəsi və qəmgin baxışlar əmələ gəlir. Bəzi hallarda dəri xüsusiyyətinə bağlı olduğu üçün gənc yaşlarda da bu problemlə rastlaşmaq mümkündür.
Alt blefaroplastika nə zaman məsləhətdir?
Alt göz qapaqlarında yaranan torbalar, şişkinlik və artəq dəri sallanması zamanı alt göz qapağı əməliyyatı aparılması məsləhətdir.
Bəzi hallarda dərimizin xüsusiyyəti və tonusundan asılı olaraq alt göz qapaqlarımızda sallanma və şişkinlik əmələ gələ bilir. Buna səbəb alt göz qapağımızda olan piy torbalarının inkişaf edərək önə qabarmasıdır.
Belə hallarda biraz artıq su içməyimiz və ya bircə gecə yuxusuz qalmağımız yetərlidir ki səhəri günü sallanmış və şişkin göz qapaqları ilə oyanaq. Bu isə estetik cəhətdən yaşlı və yorğun görüntü yaradır.
Traskonyuktival Blefaroplastika Nədir?
Bəzi hallarda pasientin şikayəti dəri sallanmasından yox, məhz gözaltı şişlərdəndir. Yaş həddi çox olmasa belə artıq maye qəbulu və ya yuxusuz gecə keçirdikdən sonra gözün altında şişlər yarana bilir.
Uzun müddət bu problem mövcud olduğu halda isə gözaltı dərinin sallanmasına gətirib çıxarır. Belə hallarda dəri sallanması olmadığı üçün transkonyuktival blefaroplastika icra olunması məsləhətdir.
Transkonyuktival blefaroplastika zamanı gözaltı şişlərə səbəb olan piy torbaları göz qapağının selikli qişasında kəsik aparılaraq çıxarılır və dəridə heç bir iz qalmır.
Lateral Kantoplastika Nədir?
Lateral kantoplastika el arasında badamgöz, badamı göz, badəm göz əməliyyatı kimi tanınan blefaroplastika növüdür. Bu əməliyyat gözün təbii yarığın formasını dəyişmək üçün nəzərdə tutulub. Bəzi insanlar anadangəlmə kiçik göz yarığı və ya kənarları düşük göz formasına malikdir. Kantoplastika məhz o insanlar üçün əla bir çıxış yoludur.
Badam göz əməliyyatı zamanı, alt göz qapağı lateral (bayır) kantusdan kəsilərək gərilib orbital rimə (gözün ətraf toxumalarına) tikilir və beləliklə geniş və badam formasında göz yarığı əmələ gəlir.
Blefaroplastika Əməliyyatında Tikişlər Necə Qoyulur?
Blefaroplastika da plastik əməliyyat növü olduğu üçün bu əməliyyat zamanı ən onəmli olan tikişlərin səliqəli olması və tikiş izlərinin tez bir zamanda dəri rəngini almasıdır. Əməliyyat öncəsi cərrah gözətrafı dərinin kəsiləcək hissəsini markerlə işarəliyərək kəsiləcək artıq dərini və əməliyyat sonrası yaranacaq göz formasını öncədən pasientlə müzakirə edir. Kəsiklər gözün təbii büküşlərində aparıldığı və incə bir xətt şəkilində olur və əməliyyat sonrası bir o qədər nəzərə çarpmır. Əməliyyatın bir həftəsində tikişlər sökülərək əməliyyat yerləri xüsusi bir məlhəmlə, antiseptik məhlullarla işlənilir. Tikişlər daxili kosmetik olduğu üçün isə 1-3 ay ərzində təbii dərinin rəngini alır.
Blefaroplastika Əməliyyatından Sonra Pasient Nələrə Diqqət Etməlidir?
Hər bir əməliyyat kimi qapaq sallanması əməliyyatından sonra da reabilitasiya (sağalma) dövrü pasientin diqqət edəcək bir neçə əsas məqam vardır. İlk növbədə əməliyyat sonrası 3 gün ərzində qaynar və spirtli içkilərdən mütləq imtina edilməlidir. 1 həftə ərzində pasientin arxası üstə yatmağı məqsədə uyğundur. Əməliyyat sonrası 2 həftə müddətində fiziki idmanla məşğul olmaz qadağandır.
Gözətrafı nahiyəyə su və ya hər hansı bir dərman, məhlul vurulmasına icazə verilmir. Sauna, hovuz, dəniz kimi istrahət yerlərinə getmək 2 həftə ərzində qadağandır. Əməliyyatın bir həftəsində tikişlər üzərində olan striplər (yapışdırılan palstırlar) çıxarılaraq tikişlər sökülür və tikiş yerinə 2 həftə ərzində sürtüləcək məlhəm məsləhət görülür. Kosmetik vasitələrin istifadəsinə 2 həftə sonra icazə verilir.
Blefaroplastika Əməliyyatı Sonrası Nə Zaman Normal Həyat Tərzinə Qayıtmaq Olar?
Qapaq sallanması əməliyyatı zamanı göz ətrafından artıq dəri, əzələ və piy qatı çıxararaq gözün ətrafında yumşaq toxumalara zədə verilməsi nəticəsində təbii reaksiya olaraq göyərmə, şişkinlik və qızartı əmələ gəlməsi normal haldır.
Bunun nəticəsində göz ətrafında qeyri-estetik bir görüntü yarana bilər. Təbii ki bu halların çox və ya az olması birbaşa dərimizin və damar sistemimizin xüsusiyyətlərinə bağlıdır. Hər bir halda bu halın tamamən aradan qalxması ən çox 1 həftə 10 gün çəkə bilər. Bu müddətdən sonra normal həyat tərzinə dönmək mümkündür.
Commentaires