top of page

Mirvari Suyu və ya Katarakta Nədir?

Writer: Göz Həkimi Bela XasiyevaGöz Həkimi Bela Xasiyeva

Updated: Sep 2, 2020




Katarakta el arasında mirvari suyu kimi tanınan, gözün görmə qabiliyətini kəskin azaldan, gözün şəffaf mühiti olan billurun bulanmasına səbəb olan bir göz xəstəliyidir.

Mirvari Suyu və ya Katarakta Nədir?

Yaranma zamanına görə katarakta anadangəlmə və sonradan qazanılmış ola bilər. Anadangəlmə kataraktalar dölün ana bətnində inkişaf zamanı ananın hər hansı keçirdiyi bir xəstəliyə və ya embriogenez zamanı baş verən bir səhvlə bağlı ola bilir. Sonradan qazanılmış kataraktalar isə birincili ( yaşla bağlı billurun bulanması nəticəsində əmələ gələn ) və ikincili ( orqanizmin və ya gözün hər hansı xəstəliyi ilə əlaqəli ) olur. Billurun qatlarında bulanmanın yerləşməsinə görə kataraktalar ön və arxa qütb ( billurun ön və arxa qabığında mövcud olan ), kortikal ( billurun daxili qatlarında ) və nüvə katarakta ola bilər.



Mirvari Suyu / Kataraktanın Əmələ Gəldiyini Necə Bilmək Olar?

Mirvari suyu gözümüzdə yetişəndə ilk növbədə görməmiz rəngsiz, bozumtul və dumanlı ola bilər. Təbii ki bəzi kataraktalar billurun perefdriyasında inkişaf etdiyinə görə görmənin pisləşməsi yalnız son mərhələlərdə bəlli olur. Bu səbəbdən gözün profilaktik müayinələri ən gec ildə bir dəfə aparılması zəruridir.


Katarakta Yarandıqda Hər Hansı Ağrı Baş Verirmi?

Qeyd etdiyimiz kimi mirvari suyu gözün billurun bulanmasıdır. Billur göz içində yerləşən heç bir qan damarı və sinir lifi olmayan şəffaf mühitdir və bu səbəbdən katarakta əmələ gəldikdə heç bir ağrı olmur. Kataraktanın şişkinləşən növü gözün billurunu bulandırıb eyni zamanda şişkinləşməsinə gətirib çıxarır. Şişkinləşən billur isə öz növbəsində gözün daxili maye dövranına maneə olaraq gözün təzyiqini artırır. Yalnız bu halda gözdə ağrı əmələ gələ bilər.



Mirvari Suyu / Katarakta Müalicəsi Varmı?

Mirvari suyu yalnız cərrahi yolla müalicə oluna bilər. Heç bir dərman vasitəsi katarakta müalicəsi etmir. Vitamin damcılar gözün içərisində qidalı bir mühit yaradaraq billurun bir qədər gec bulanmasına şərait yarada bilərlər, lakin bualnmış billuru heç cür müalicə edib şəffaflaşdıra bilməzlər.


Cərrahi Müdaxilə Üçün Kataraktanın / Mirvari Suyunun Yetişməsinə Gözləmək Lazımdırmı?

Dövrümüzdə mövcud olan yüksək texnologiyalar bizə imkan verir ki, gözdə kəsik apramadan göziçi əməliyyatlar icra edək. Katarakta cərrahiyəsi zamanı istifadə olunan fakoemulsifikasiya metodu məhz kəsiksiz, tikişsiz bulanmış billuru gözün içindən çıxarılmasına imkan verir. 1-2 mm-dən gözün içinə daxil olaraq ultrasəs təsiri ilə bulanmış billuru parçalayir və göz içindən xaric olunur.

Katarakta / Mirvari Suyu Əməliyyatı Zamanı Göziçi Linzalar Nə üçündür?

Bildiyimiz kimi gözün şəffaf mühiti olmaqla yanaşı gözün billuru eyni zamanda bir şuasındırma qüvvəsinə malikdir. Katarakta əmələ gəldikdə bulanmış billurun şuasındırma qüvvəsi dəyişərək gözün görmə qabiliyyətini aşağı salır. Bulanmış billur xaric olduqda onun yerinə eyni şuasındırma qüvvəsinə malik olan göziçi linzalar yerləşdirilir və beləliklə gözün görmə qabiliyyəti bərpa olunur.


Katarakta / Mirvari Suyu Əməliyyatı Zamanı Göziçi Linzalar Nə üçündür?


Əməliyyatın səhəri dərmanlar istifadə etmək şərti ilə adi qaydada öz gündəlik həyat tərzinizə dönə bilərsiniz. İlk bir həftə önəmli olan gözü soyuqdan, küləkdən və infeksiyadan qorumaqdır. Ağır fiziki əməklə məşqul olmaq üçün isə bir qədər gözləmək məsləhətdir. Unutmaq lazım deyil ki, göz içində yerləşdirilən süni billur əməliyyat sonrası erkən zamanda hər hansı bir travma nəticəsində yerindən oynaya bilər. Əməliyyat sonrası həkimin məsləhətlərinə əməl etməyiniz cərrahiyədən sonra yaranmış görməni ömür boyu qoruyub saxlamağa imkan verəcək.

Kommentare


ƏLAQƏ

MESAJ YAZ

Email: drbela.xasiyeva@gmail.com

Mob: +994 50 362 90 55

Baku

İş saatları

Bazar ertəsi- Şənbə:
10:00  - 15:00 

Bazar: İşləmirik

Sosial Mediada İzləyin:

  • bela-xasiyeva-instagram-min
  • bela-xasiyeva-facebook-min
  • Twitter

Bizimlə əlaqəyə keçdiyiniz üçün təşəkkürlər!

© 2020, Bela Xasiyeva Oftalmoloq. Bütün hüquqları qorunur.

bottom of page