
Göziçi linza ixtira edildiyi vaxt oftalmologiyada böyük bir irəliləyiş oldu. Onların köməyi ilə artıq katarakt diaqnozu qoyulmuş pasientlərin görmə qabiliyyətini qaytarmaq mümkündür. Baxmayaraq ki, bir neçə 10 il əvvəl bu diaqnozu olan insanlar korluğa məhkum idilər. Günümüzdə bu patologiyanın ağır formaları ilə belə bir insanın görmə funksiyasını qorumaq mümkündür.
Göziçi Linza və yaxud IOL Nədir?
Göziçi linza IOL adlandırılan, süni bir lensdir (billur). Təbii billurun qismən və ya tamamilə çıxarılmasından sonra gözə implantasiya olunur. Bildiyimiz kimi billur - vacib görmə funksiyalarından məsul olan şəffaf bir cismdir. Katarakt xəstəliyində billur bulanır və ya ciddi şəkildə zədələnir. Belə patologiyalar tam korluqla başa çatır. Bir IOL implantasiysı etməklə bunun qarşısını almaq olar. İlk dəfə 1949-cu ildə kataraktdan əziyyət çəkən bir qadına göz içi linza implantasiya edildi. O zaman bu xəstəni yüksək qalıq miyopiyadan xilas edə bilmədi. Lakin orqanizm bu linzanın implantasiyasına çox yaxşı reaksiya verməklə bu sahədə gələcək inkişaf üçün güclü təkan oldu.
Hansı Növ Göziçi Linzalar Mövcuddur?
Göziçi linzaların IOL-ların iki əsas növü var: fakik və afakik. Birincisi, yəni fakik IOL linzalar təbii billuru çıxarmadan implantasiya olunur və bu cür göziçi linzalarının göstəriciləri müxtəlif refraktiv qüsurlardır. Afakik IOL isə təbii billurun tamamilə çıxarılmasından sonra implantasiya olunur. Afakik və fakik göziçi linzaların ön və arxa növləri mövcüddur. Anterior kamera phacik IOL (ön kamera fakik IOL) yalnız sferik ola bilər. Onlar astiqmatizmi düzəldə bilmirlər. Posterior kamera aphakic IOL-lar (arxa kamera afakik IOL) miyopiya, hipermetropiya, presbiopiya və astiqmatizmi düzəltmək üçün torik, asferik və multifokal dizayna malikdir. Bununla yanaşı ön kamera linzalarının çox nadir hallarda istifadə edildiyini, yalnız çox ciddi tibbi göstərişlərlə, arxa kamera İOL-larının quraşdırılmasının mümkünlüyünü istisna edən hallar olduğunu qeyd etmək lazımdır. Hər hansı bir İOL iki qatdan ibarətdir: Lensin göz boşluğuna bağlandığı dəstəkləyici və ya haptik hissəsidir. Optik element - yüksək keyfiyyətli görmə qabiliyyətini təmin edən şəffaf bir təbəqədir. Lensin tam çıxarılmasından sonra implantasiya olunan göz içi linzaların növlərini daha ətraflı nəzərdən keçirək.
Sferik və Asferik Göziçi Linzalar Nədir?
Refraktiv güc və ya şüasındırma qabiliyyətinə görə göziçi linzalar sferik və asferik növlərə bölünür. Sferik linzalar yalnız miyopiya və hipermetropiya problemini düzəldə bilər. Lakin bu cür linzalar bu patologiyaların ağır dərəcələrini düzəldə bilmir. Asferik IOL-lar astiqmatizm daxil olmaqla daha yüksək aberrasiyaları düzəltməyə kömək edir. Bundan əlavə bu cür IOL-ların dizaynı qaranlıqda yaranan parıltının (glare effect) qarşısını alır. Bu linzalar sürücülər üçün xüsusilə aktualdır, Belə ki, maşın faralarından, lampa və asfaltdan əks olunan işıqların qarşısını alırlar.
Multifokal Göziçi Linzalar Nədir?
Monofokal IOL uzaq məsafə üçün yaxşı görmə qabiliyyətini təmin edir. Bu cür linzalar gözün təbii billurunun tamamilə təqlid etmədiyi üçün bir insanın fərqli məsafələrə fokuslanmasına imkan vermir. Bu tip göziçi linzalar miyopiyanı düzəltmək üçün hazırlanıb, lakin tez-tez təyin edilmirlər. Çünki pasient əlavə olaraq oxu eynəyi istifadə etməyə məcbur olur. Presbyopiya (yaşla bağlı yaxıngörmənin pozulması) üçün bu cür linzalar uyğun deyil. Bu baxımdan təbii billiru əvəz edən multifokal göziçi linzalar istifadə olunur. Bunlar 10 haldan 8-də implantasiya olunur. Bu linzalar yaxın və uzaqgörməni çox mükəmməl təmin edir.
Torik Göziçi Linzalar Nədir?
Torik IOL-lar sferik və silindrik linzaların simbiozudur. Buna görə də onlar eyni vaxtda iki problemi həll edə bilər: billuru dəyişdirərək kataraktı müalicə etmək və astiqmatizmi korreksiya etmək. Torik linzalar korneanın mexaniki zədəsi və onun köçürülməsi zamanı da də təyin edilir.
Süni Billuri Necə Seçmək Lazımdır?
İndi IOL-un nə olduğunu, nə vaxt təyin edildiyini bilirsiniz. Təəssüf ki, süni bir lens alarkən "daha bahalı, daha yaxşı" qaydasına riayət etməlisiniz. Asferik, multifokal və torik linzalar ən yaxşı hesab olunur. Hətta multifokal torik linzalar da var. Ayrıca bahalı İOL-lar qoruyucu funksiyaları olan, məsələn, ultrabənövşəyi qoruması olan modellərdir.
Göziçi Linzaların Yerləşdirilməsi Üçün Necə Müraciət Edə Bilərəm?
Linza yerləşdirilməsi üçün birbaşa olaraq əlaqə nömrəmizə zəng edə, yaxud +994 50 362 90 55 əlaqə nömrəmizin WhatsApp-ına yaza bilərsiniz.
Comments