Son 10 ildə ən böyük kəşflərdən biri hesab olunan bionik göz, 25 yaş və üzəri xəstələrə, şiddətli və irəliləmiş retinal zəifləməsi olan, bir miqdar işıq görə bilən, əvvəllər görmə qabiliyyət olub toyuq korluğundan əziyyət çəkən insanlara tətbiq edilə bilər. 4 saat müddətində bionik göz əməliyyatı ilə retinaya yerləşdirilən 60 elektroddan sonra insanlar görməsini yenidən qazana bilərlər.

Bu sistem iki hissədən ibarətdir: elektrodlar və gözə yerləşdirilmiş gözlüklər. Eynəklərin ortasında, miniatür kamera, xəstənin gördüyü şeylərə dair görüntünü çəkir və xəstənin anlaya biləcəyi formatda eynəkdəki antenaya ötürür. Görülən bütün məlumatlar sistemin istifadəsi zamanı radio frekansları vasitəsilə antenadan gözün iç və kənarlarına ötürülür. Beləcə insanların görməsi müəyyən qədər bərpa edilir. Ümidvarıq gələcəkdə Azərbaycanda da bu sistem vasitəsilə insanlar bir çox göz xəstəliklərindən qurtula biləcəklər.
Comments